UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Millimizin futbolçusu Mahir Emrelinin mübarizə apardığı “Legiya” Praqanın “Slaviya” komandası ilə qarşılaşıb. Qarşılıqlı hüücumlar şəraitində keçən matçda hesab 20-ci dəqiqədə açılıb. Mahir Emreli baxımlı qolla diqqət mərkəzinə düşüb. 13 dəqiqə sonra hesab bərabərləşib. Aleksandr Bah tarazlığı bərpa edib. Daha sonra Polşa təmsilçisi yenidən önə keçib. Yosip Yuranoviç qapıya yol tapıb. Fasilə ərəfəsində Lukaş Masopust hesabı 2-2 edib. İkinci yarıda isə qol vurumayıb.
“Neftçi”ni Avropa Liqasından kənarlaşdıran Finlandiyanın HİK komandası “Fənərbağça”nın qonağı olub. Gərgin mübarizə şəraitində keçən matçın taleyini yalnzı 1 qol həll edib. Məhəmməd Gümüşqayanın mükəmməl zərbəsi İstanbul təmsilçisinə qələbə qazandırıb.
İstanbulun digər komandası “Qalatasaray” isə Danimarkada “Ranners”lə üz-üzə gəlib. 2 qol vurulsa da, qalib müəyyənləşməyib. Qonaqlardan Kərəm Aktürkoğlunun qoluna, Frederik Lauenborq dəqiq zərbə ilə cavab verib -1:1.